Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda tikinti materiallarının istehsalı artıb - FinFly

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 187,6 milyon manatlıq tikinti materialları istehsal edilib.

FinFly bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9 faiz çoxdur. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 173,9 milyon manatlıq tikinti materialları istehsal olunub.

Bəhs olunan dövr ərzində gips məmulatlarının istehsalı 12 faiz, tikinti şüşəsinin istehsalı 13 faiz, asfalt istehsalı isə 27,5 faiz azalıb.

Ötən il ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində ümumi dəyəri 1,4 milyard manat olmaqla, əvvəlki illə müqayisədə 17 faiz çox məhsul isteshsal edilib.