
2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manat
vergi daxil olub.
Aylıq vergi daxilolmalarının 1 milyard 378,2 milyon manatı
və yaxud 61 faiz-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən
11,6 faiz çoxdur.
Bu il Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,5
milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, bunun da 75,3 faiznin
və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 faiz-nin
və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi
gözlənilir.
Bunlar, ötən illə müqayisədə müvafiq olaraq 18 faiz çox və 3,6 faiz azdır.
Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin
qeyri-neft ÜDM-nə nisbəti 12,7 faiz həddində proqnozlaşdırılır.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...