Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda yeni gömrük yığımları müəyyənləşdirilib - FinFly

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. 

FinFly xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə idxal gömrük yığımları alınır:

- dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün - 150 manat;

- şüşə məmulatlarının 1 tonu üçün - 100 manat;

- armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat. 

Qərar bu il aprelin 1-dən qüvvəyə minir və gələn il yanvarın 1-nə qədər qüvvədədir.