
2025-ci ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi lokal kartlar vasitəsilə əməliyyatların sayı 53,2 min ədəd, əməliyyatların həcmi isə 55,09 milyon manat olub.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bir il əvvəlki göstərici ilə müqayisədə lokal kartlar ilə əməliyyatların sayı 251,5 milyon ədəd və ya 5,7 dəfə azalıb, əməliyyatların həcmi isə 2,05 milyon manat, yaxud da 3,9 faiz artıb.
Rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Son xəbərlər
-
06 Snt, 2025
Hindistan məsuliyyətdən yayınmağa çalışır...
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...