Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycandan Gürcüstana nə qədər pul köçürülüb? - FinFly

2024-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 45 milyon ABŞ dolları təşkil edib.

FinFly-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü il ilə müqayisədə 14 milyon ABŞ dolları və ya 23,6 faiz azalıb.

2024-cü ildə ölkənin ümumi pul köçürmələrində Gürcüstanın payı 8,5 faiz təşkil edib.

Həmçinin, ötən il Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 35,3 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 5,8 faiz azalma deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Gürcüstanın payı 3,3 faiz təşkil edib.