
27 May, 2025 10:48
2024-cü ildə dünya bazarında “Azəri Light” markalı xam neftin 1 barelinin və təbii qazın 1 000 kubmetrinin orta qiymətləri müvafiq olaraq 4,2 faiz və 18,1 faiz azalıb.
FinFly "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, ötən il büdcənin neft-qaz gəlirləri 17 milyard 969,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 187 milyon manat və yaxud 1 faiz azdır.
Neft-qaz gəlirlərinin 71,1 faizini və yaxud 12 milyard 781 milyon manatını Azərbaycan Dövlət Neft Fondundan transfertlər, 26,6 faizini və yaxud 4 milyard 780,5 milyon manatını vergi daxilolmaları, 2,3 faizini və yaxud 407,9 milyon manatını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dividend ödənişi təşkil edib.
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...