Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın 2025-ci ildə fiskal siyasətinin yumşaldılması məqsədəuyğun deyil - FinFly

Azərbaycanda 2025-ci ildə fiskal konsolidasiyanın davam etdirilməsi həm tsiklik səbəblərə görə, həm də neft-qaz gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsini təmin etmək üçün zəruridir.

FinFly Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, davamlı iqtisadi artımı nəzərə alaraq, 2025-ci ildə büdcə siyasətinin yumşaldılması məqsədəuyğun deyil.

"Əksinə, 2025-ci ildən başlayaraq təxminən 10 il ərzində qeyri-neft sahəsi üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 1,5-2 faiz bəndi həcmində illik azaldılması tövsiyə olunur", - fond qeyd edir.

Hesabatda deyilir ki, nəsillər arasında bərabərliyi təmin edən qeyri-neft sahəsi üzrə ilkin kəsir hədəf səviyyəsi qeyri-neft ÜDM-in 6 -6,5 faizini təşkil edir:

"Bu səviyyəyə çatmaq gələcək nəsillərə cari karbohidrogen ehtiyatlarından istifadədən davamlı rentabellik əldə etməyə imkan verəcək".

Fondun müəlliflərinin fikrincə, bu fiskal konsolidasiya planının həyata keçirilməsi təsdiqlənmiş fiskal qaydanın prinsiplərinə uyğundur və uzunmüddətli perspektivdə iqtisadi sabitliyin qorunması istiqamətində mühüm addım olacaq:

"Fiskal korreksiya kursunun daha çox təxirə salınması və ya bundan uzaqlaşma fiskal qaydaya olan inamı sarsıda və gələcək nəsillər üçün aktivlərin qorunmasını çətinləşdirə bilər".