
2025-ci il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 54 milyard 607,1 milyon manat təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 11 faiz çoxdur.
Bankların aktivlərinin 26 milyard 442,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,2 faizdən 48,4 faizə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 11 faiz artaraq 47 milyard 625,5 milyon manata, o cümlədən depozit portfeli 4 faiz artaraq 36 milyard 747,5 milyon manata çatıb. Bunun 14 milyard 547,9 milyon manatı fiziki, 22 milyard 199,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10 faizdən çox, şirkətlərin banklardakı vəsaitləri isə 0,2 faiz artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 94,2 dəfə azalaraq 0,5 milyon manata enib.
Sektorun balans kapitalı isə 10,4 faiz artaraq 6 milyard 981,6 milyon manat təşkil edib.
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...