29 Avq, 2025 12:26
Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 682,8 milyon manat xalis mənfəət əldə edib.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
7 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 888,1 milyon manat (1 il əvvələ nisbətən 19,95 faiz çox), əməliyyat xərcləri 2 milyard 798,3 milyon manat (27,2 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 242 milyon manat (16,9 faiz çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (4 dəfə az), mənfəət vergisi ödəmələri isə 165,7 milyon manat (8 faiz çox) təşkil edib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
