29 Snt, 2025 11:39
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 774,3 milyon manat xalis mənfəət əldə edib.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
8 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 454 milyon manat (1 il əvvələ nisbətən 19 faiz çox), əməliyyat xərcləri 3 milyard 221,5 milyon manat (25,95 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 271 milyon manat (13,25 faiz çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (76 faiz az), mənfəət vergisi ödəmələri isə 187,9 milyon manat (7,3 faiz çox) təşkil edib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
