
"Arabian Ghost" adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.
FinFly Xüsusi Rabitə və İnfformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən 24/7 monitorinq olunur və bu hücumların qarşısı tərəfimizdən keçirilən tədbirlər nəticəsində alınır.
"Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və ya müdaxilə halı qeydə alınmayıb.
Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az) kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur.
Son xəbərlər
-
08 Iyn, 2025
Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb...
-
08 Iyn, 2025
Elon Mask və maliyyə naziri dava salıblar...
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...