Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycanın dəmir yolu nəqliyyatından əldə etdiyi gəlirləri azalıb - FinFly

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşımalarından 260,804 milyon manat gəlir əldə olunub.

FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,4 milyon manat və ya 5,6 faiz azdır.

Hesabat dövründə Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu ilə yük daşımalarından gəlirlər 163,922 milyon manat təşkil edib. Bu, bir il əvvəlki göstəriciyə nisbətən 16,396 milyon manat və ya 9,1 faiz azdır.

Eyni zamanda hesabat dövründə dəniz nəqliyyatı üzrə daşımalardan əldə edilən gəlirlər isə illik müqayisədə 1,012 milyon manat və ya 1 faiz çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7,120 milyon ton, dəniz nəqliyyatı ilə 3, 752 milyon ton, avtomobil nəqliyyatı ilə isə 5,307 milyon ton yük daşınıb.