Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycanın iqtisadi artımı 2029-cu ilə qədər ildə 3,5% olacaq - proqnoz - FinFly

2026-2029-cu illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 3,5 faiz təşkil edəcək.

FinFly-nin Maliyyə Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, qeyd olunan dövrdə Azərbaycanın qeyri-neft-qaz sektorunda artım 4,9 faiz təşkil edəcək.

2026-cı ildə ÜDM-in artımı 2,9 faiz səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, gələn il qeyri-neft-qaz sektorunda artımın 5 faiz, neft-qaz sektorunda isə azalmanın 2,4 faiz olacağı gözlənilir.

2027-ci ildə ÜDM-in artımı 3,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda artım - 4,8 faiz, neft-qaz sektorunda isə azalma 1,3 faiz səviyyəsində proqnozlaşdırılır.

2028-ci ildə ÜDM-in artımının 3,1 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda artım - 5 faiz, neft-qaz sektorunda isə azalmanın 3,2 faiz olacağı gözlənilir.

2029-cu ildə iqtisadi artımın 4,8 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda artımın 4,9 faiz, neft-qaz sektorunda isə 4,7 faiz olacağı proqnozlaşdırılır.

Proqnozda qeyd olunur ki, nominal ÜDM 2026-cı ildəki 134,1 milyard manatdan 2029-cu ildə 161,8 milyard manata yüksələcək.

O da bildirilir ki, 2030-cu ilə qədər Azərbaycanın ÜDM-də qeyri-neft-qaz sektorunun payı 80 faizə çatacaq.