Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın iri bankları avrobond buraxa bilər – Moody's - FinFly

Azərbaycanın iri bankları avrobond buraxa bilər. FinFly-ın məlumatına görə, bu barədə Moody’s analitikləri son hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda maliyyələşmə üçün artan rəqabət kiçik bankları beynəlxalq maliyyə institutlarından daha çox borc cəlb etməyə vadar edir.

"Eyni zamanda iri banklar da avrobond buraxa bilər, lakin onların ümumi həcmi ikitərəfli maliyyələşdirmə ilə müqayisədə əhəmiyyətli olmayacaq", - deyə sənəddə qeyd olunur.

Moody’s-in analitikləri bildirirlər ki, Azərbaycan banklarının topdan maliyyələşmədən asılılıq səviyyəsi aşağıdır və bu vəsaitlər tamamilə likvid aktivlərlə təmin olunur.

"Ölkənin maliyyə institutları topdan bazardan və transsərhəd maliyyələşmədən minimal asılıdır və onların refinans riskləri aşağı səviyyədədir. Növbəti 12–18 ay ərzində banklar bu alətlərdən daha çox istifadə edə bilər, lakin yeni topdan maliyyələşmənin cəlb edilməsi refinans risklərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmayacaq", - deyə hesabatda vurğulanır.

MDB regionu ilə bağlı proqnozlara toxunan Moody’s ekspertləri qeyd edirlər ki, bu bölgədə banklar xarici bazarlardan maliyyə cəlb etməyə getdikcə daha çox üstünlük verəcəklər.

"Bunun əsas səbəbi MDB ölkələrinin hökumətlərinin iqtisadiyyatın şaxələndirilməsi və inkişafına maraq göstərməsi, həmçinin bu məqsədlərə nail olmaq üçün dayanıqlı maliyyələşdirmə modellərinin çatışmazlığıdır. Hökumətlər tərəfindən həyata keçirilən iqtisadi artım və şaxələndirmə proqramları banklar üçün yerli iqtisadiyyatı maliyyələşdirmək imkanı yaratsa da, uzunmüddətli və ucuz maliyyə mənbələrinin olmaması bu prosesi məhdudlaşdırır.

Növbəti üç il ərzində reytinqimizdə olan maliyyə institutlarının 5 milyard ABŞ dollarından çox vəsait cəlb edəcəyi proqnozlaşdırılır. Əgər faiz dərəcələri azalarsa, belə borclara olan tələbat daha da arta bilər", - deyə Moody’s-in analitik hesabatında bildirilir.