Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ipoteka kreditlərinin verilməsi qaydası dəyişib - FinFly

Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.

FinFly xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə adi ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizdən çox olmamalıdır. Digər ərazilərdə bu göstərici 85 faizdir.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizdən çox olmamalıdır. Digər ərazilərdə bu göstərici 70 faizdir.