Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanın qeyri-neft-qaz ixracı artıb - FinFly

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

FinFly bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,1 faiz artaraq 300,1 milyon ABŞ dolları olub. 

Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 35 milyon ABŞ dolları və yaxud 42,5 faiz, şəkərin ixrac dəyəri 1,9 milyon ABŞ dolları və yaxud 25,8 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 4,1 milyon ABŞ dolları və yaxud 16,7 faiz, meyvə-tərəvəzin ixrac dəyəri 26,8 milyon ABŞ dolları və yaxud 14,8 faiz, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 6,1 milyon ABŞ dolları və yaxud 9,8 faiz, pambıq ipliyin ixrac dəyəri 360,9 min ABŞ dolları və yaxud 5,3 faiz artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 14 faiz artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 7,9 faiz artaraq 90,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 12,2 faiz artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.