Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb - FinFly

Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 17 milyard 896,9 milyon manatlıq əməliyyat aparılıb.

FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Rüblük göstəricinin 640,7 milyon manatlıq hissəsi ilkin bazarda (3,8 dəfə az), 17 milyard 256,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,9 dəfə çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 7 708 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Əqdlərin 797-si ilkin bazarın (60,4 faiz çox), 6 911-i isə təkrar bazarın (2,5 dəfə çox) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 228,1 milyon manatlıq hissəsi və yaxud 1,3 faizi dövlət qiymətli kağızlarının, 957,6 milyon manatlıq hissəsi və yaxud 5,4 faiz-i korporativ qiymətli kağızların, 16 milyard 711,2 milyon manatlıq hissəsi və yaxud 93,3 faiz-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 9,6 dəfə az, 22,7 faiz az və 3,4 dəfə çoxdur.

3 ayda bu bazarda bağlanmış əqdlərin isə 269-u və yaxud 3,5 faizi dövlət qiymətli kağızlarının, 5 855-i və yaxud 76 faizi korporativ qiymətli kağızların, 1 584-ü və yaxud 20,5 faizi isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 2,9 dəfə az, 6 dəfə çox və 2,5 faiz çoxdur.