Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanın qızıl ehtiyatı 181 tonu ötüb - FinFly

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

FinFly ARDNF-ə istinadən xəbər verir ki, 2025-ci ilin I yarımilində Fondun investisiya portfelinin 19 milyard 133,2 milyon dollarlıq hissəsini (28,8 faiz) qızıl investisiyaları təşkil edib. Altı ay ərzində ARDNF qızıla olan investisiyalarını 6 milyard 778,6 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda Fonddun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq ABŞ dollarlıq hissəsini (20,6 faiz) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin II rübündə 15,8 ton qızıl alıb. Belə ki, 2025-ci ilin 1 aprel tarixinə Fondun qızıl ehtiyatı 165,3 ton təşkil etdiyi halda bu il iyul 1-nə bu rəqəm 181,1 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2025-ci ilin əvvəlindən indiyə kimi 34,5 ton qızıl alıb.