Azərbaycan Mərkəzi Bankının (AMB) tətbiq etdiyi xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə seçilən innovativ məhsulların sınaq dövrü tamamlanıb.
FinFly AMB-yə istinadən xəbər verir ki, ilk mərhələdə sınağa qəbul olunan dörd məhsulun qiymətləndirməsi nəticəsində aşağıdakı qərarlar qəbul olunub:
"Pasha Pay" MMC - "m10" tətbiqinin "Binance" platforması ilə inteqrasiyası - Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçüb "m10" tətbiqinin "Binance" platformasına inteqrasiyasını nəzərdə tutur. İstifadəçilər bu inteqrasiya vasitəsilə "Binance" cüzdanlarına mədaxil və cüzdanlardan məxaric edə bilərlər. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
"Unicapital İnvestisiya Şirkəti" ASC - "Kriptobroker" platforması - virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
