Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın sığorta bazarının artımı açıqlanıb - FinFly

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb.

FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 faiz çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.