Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub - FinFly

Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub.

FinFly xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

21-23 apreldə keçirilmiş sammitdə ölkəmizi Agentlik və Azərbaycan Turizm Bürosu (ATB) təmsil edib.

"Dayanıqlı gələcək üçün əbədi müdriklik" mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub.

ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid hökumətlərarası sessiya çərçivəsində turizmdə idarəetmə və siyasət mexanizmlərinin transformasiyası, innovativ tənzimləyici yanaşmalar və davamlı inkişaf prinsipləri mövzularında çıxış edib.

Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub.