Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın xarici dövlət borcunun strukturu açıqlanıb - FinFly

Azərbaycanın 2025-ci ilin aprelin 1-nə 5 milyard 67 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,6 faizi dollarda olub. FinFly bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qurumun məlumatına görə, borcun tərkibində avro 6 faiz, beynəlxalq valyuta fondunun xüsusi borcalma hüquqları 3,5 faiz, yapon yeni 3,3 faiz, digər valyutalar isə 1,6 faiz paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 faizini, sabit dərəcə ilə olanlar isə 51,1 faizini təşkil edib.

Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.