2025-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,91 milyard dollar təşkil edib.
Bu barədə FinFly-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qurumun məlumatına görə, ticarət dövriyyəsi 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2,104 milyard dollar və ya 70,5 faiz artıb. 2024-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub.
Bu ilin yanvarında ticarət dövriyyəsində ixrac 3 milyard dollardan çox, idxal isə 2,1 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 1,2 milyard dollar (64,8 faiz) və 910 milyon dollar (79,7 faiz) çoxdur.
Ötən ay xarici ticarətin müsbət saldosu 986 milyon dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 285 milyon dollar və ya 40,7 faiz çoxdur.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
