Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanla Almaniya arasında ticarət əməliyyatları artıb - FinFly

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 888,6 milyon ABŞ dolları təşkil edib.

FinFly Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 40,4 milyon ABŞ dolları və ya 4,8 faiz çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,8 faizi həcmində olub. Bununla da Almaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 376,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 1,3 faiz azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Almaniyadan Azərbaycana 512,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 45,5 milyon ABŞ dolları və ya 9,7 faiz artım deməkdir.