05 Avq, 2025 11:37
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb.
FinFly-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 395,9 milyon dolları ötüb ki, bu da bir il əvvəlkindən 25,1 faiz çoxdur.
Məlumata görə, Azərbaycandan Gürcüstana ixrac 21,1 faiz artaraq 329,6 milyon dollar, Gürcüstandan Azərbaycana ixrac isə 50 faiz artaraq 66,2 milyon dollar təşkil edib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
