
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 464,8 milyon ABŞ dolları təşkil edib.
FinFly Dövlət Gömrük Komitəsindən məlumat əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 102,7 milyon ABŞ dolları və ya 28,4 faiz çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61 faizi həcmində olub. Bununla da Gürcüstan Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 10-cu yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 382,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,4 milyon ABŞ dolları və ya 24,6 faiz çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 27,3 milyon ABŞ dolları və ya 49,5 faiz artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 183,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı ilə müqayisədə 48 milyon ABŞ dolları və ya 35,4 faiz çoxdur.
Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 8,79 faiz paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycandan 4-cü ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...