23 Fvr, 2026 12:22
Azərbaycanla İran arasında ikitərəfli gündəliyin genişlənməsi məmnunluq doğurur.
FinFly xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm iki ölkə, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb.
Dövlət başçısı Fərzanə Sadiqin ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirdi.
Son xəbərlər
-
23 Fvr, 2026
Azərbaycan elektron ticarət qaydaları dəyişdi...
-
23 Fvr, 2026
Azərbaycanın gübrə ixracından qazancı azalıb...
-
23 Fvr, 2026
Ağdərənin dörd kəndinə daha 63 ailə yola salınıb...
