Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,823 milyard ABŞ dolları təşkil edib.

FinFly Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 515,3 milyon ABŞ dolları və ya 39,4 faiz çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,78 faizi həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya 322,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 0,8 faiz azdır.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında Rusiyadan Azərbaycana 1,5 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 517,9 milyon ABŞ dolları və ya 52,7 faiz artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Rusiyaya 321,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 1,2 faiz çoxdur.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 30,07 faiz paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına çevrilib.