Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb - FinFly

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 ("Domodedovo" aeroportu) və J2-807 ("Vnukovo" aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

FinFly bu barədə AZAL-a istinadən xəbər verir.

"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.