Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişi edilib - FinFly

Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı avia-kasko üzrə sığorta ödənişini tam şəkildə həyata keçirib.

FinFly xəbər verir ki, bu barədə "İnterfaks"a şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib.

O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin də başladığını bildirib.

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azerbaijan Airlines" (AZAL) şirkətinə məxsus Embraer 190 təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti "Alfa Sığorta" şirkətində sığortalanmışdı", - deyə Kabaçnik qeyd edib.

Onun sözlərinə görə, riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"ndə təkrar sığortalanmışdı. Təyyarə üçün tam sığorta məbləğində ödəniş fevral ayında həyata keçirilib.

Kabançik avia-kasko üzrə ödənişin məbləğini açıqlamayıb. İzah edib ki, sığorta şirkəti rəsmi araşdırmanın başa çatmasını gözləmədən ödənişləri niyə həyata keçirə bilib.

"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün yetərincə məlumatımız var. Sığortaçı kimi bizim üçün əsas məsələ təyyarənin məhv olması faktıdır, bu isə şübhə doğurmur. Həmçinin müharibə və terrorizm riskləri də sığortalanmışdı, buna görə də aviaşirkət istənilən halda sığorta ödənişini alır", - deyə o bildirib.

Sərnişinlərə dəyən zərərin hesablanması və aviaşirkətin məsuliyyət sığortası çərçivəsində zərərçəkənlərə və onların qanuni nümayəndələrinə ödənişlərin "Аlfa Sığorta" şirkəti tərəfindən yanvar ayında başladığı və hazırda davam etdiyi bildirilib.