Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AZAL sərnişin daşımaları artırıb - FinFly

Bu ilin I rübündə Azərbaycanın milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) 865 min sərnişin daşınıb.

FinFly AZAL-dan əldə etdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Yanvar-mart aylarında AZAL uçuşların 89 faizni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. 1 il əvvələ nisbətən punktuallıq göstəricisi üzrə 1 faiz reyslərin sayı üzrə isə 4 faiz artım müşahidə olunub. Martda punktuallıq göstəricisi 93 faizə çatıb.

Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 12 yanvarda qeydə alınıb. Ötən il yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.