Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AZPROMO və Britaniya şirkətinin iqtisadi inkişaf planına dair təşəbbüslər müzakirə olunub - FinFly

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Böyük Britaniyanın “Oliver Wyman” idarəetmə üzrə konsaltinq şirkəti tərəfindən irəli sürülən iqtisadi inkişaf planının həyata keçirilməsini təmin edəcək təşəbbüsləri müzakirə edib.

Bu barədə FinFly AZPROMO-ya istinadən məlumat verir.

Bildirilib ki, AZPROMO-nun təşkilatçılığı ilə Londonda Azərbaycan nümayəndə heyətinin “Oliver Wyman” şirkəti ilə görüşü keçirilib.

Görüşdə tərəflər “Oliver Wyman”ın iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üzrə təklif etdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb, kənd təsərrüfatı məhsullarının ixracı, əlavə dəyərli istehsalın təşkil olunması və yeni ticarət imkanlarının araşdırılması istiqamətləri diqqətə çatdırılıb. Bununla yanaşı, ölkəmizə birbaşa sərmayələrin cəlb edilməsi perspektivlərinin artırılması baxımından Azərbaycanın investisiya imkanları haqqında məlumat verilib.

Görüşdə həmçinin “Oliver Wyman”la müzakirə olunan təşəbbüslərin reallaşdırılması məqsədilə hazırlanan layihələr haqqında məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.