"Bakı Fond Birjası" QSC (BFB) bazar məlumatlarının əlçatanlığını artırmaq üçün yeni interaktiv statistik platformanı bazara təqdim edəcək.
FinFly xəbər verir ki, bunu BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, hazırda birjanın rəsmi saytında yerləşən "Bazar icmalı" bölməsi investorlar, treyderlər və analitiklər üçün əsas məlumat mənbələrindən biridir:
"Vətəndaşlarımız bu bölmədən bazarda dövriyyədə olan qiymətli kağızları, istiqrazları və bazar seqmentlərini tam şəkildə görə bilirlər", - deyə qeyd edib.
Qasımov əlavə edib ki, birja yaxın müddətdə daha geniş funksionallığa malik interaktiv statistik sistem təqdim edəcək:
"İlin sonuna qədər bazar üçün interaktiv statistik həll istifadəyə veriləcək. Bu sistem analitik məlumatlara çıxışı asanlaşdıracaq və bazarın dərinliyi barədə daha əhatəli təsəvvür yaradacaq", - dedi.
BFB-nin İH sədrinin müavini hesab edir ki, yeni platforma həm bazar iştirakçılarının qərarvermə imkanlarını genişləndirəcək, həm də kapital bazarlarında şəffaflığın artırılmasına əlavə töhfə verəcək.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
