Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Bakı limanında aşırılan yükün həcmi artıb - FinFly

2025-ci ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 3 milyon 930 min 521 ton yük aşırılıb.

FinFly ADY-dən əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,3 faiz çoxdur.

İlin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 min 030-u ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8 faiz üstələyib.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi 3 milyon 695 min 910 ton, TEU konteynerlərin sayı isə 30 min 869 ədəd olub.