
2025-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 13,924 milyon ton təşkil edib.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 543,8 min ton və ya 3,7 faiz azdır.
Belə ki, 2024-cü ilin ilk 6 ayında BTC ilə 14,5 milyon ton neft nəql edilmişdi.
Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə cəmi yük daşımalarının həcmin 18,513 milyon ton olub. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 725,6 min ton və yaxud 3,8 faiz azalma deməkdir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1 768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1 076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.
Son xəbərlər
-
03 Snt, 2025
Çin gizli şəkildə Rusiyanı silahlandırır...
-
03 Snt, 2025
Bəzi rayonlara leysan yağacaq...
-
03 Snt, 2025
Azərbaycan Bəhreyndə səfirlik təsis edir...
-
03 Snt, 2025
Rusiyada pilotsuz tramvay istifadəyə verilib...
-
03 Snt, 2025
Qızılın qiyməti tarixi rekordunu yenilədi...
-
03 Snt, 2025
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri...
-
03 Snt, 2025
Umico Bonus artıq Bir Bonus oldu...
-
03 Snt, 2025
Azərbaycan neftinin qiyməti 71 dolları keçib...