Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bakı-Tbilisi-Ceyhan borusu ilə nəql edilən neftin həcmi azalıb - FinFly

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 6,05 milyon ton neft nəql edilib.

FinFly bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 259 min ton və ya 4,1faiz azdır. Ötən ilin eyni dövründə magistral neft kəmərləri ilə 6,3 milyon ton neft nəql edilib.

Bu ilin ilk iki ayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 4,43 milyon ton neft ötürülüb. Bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 295 min ton, yaxud da 6,2 4,1faiz azdır.

Belə ki, keçən ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə ötürülən neftin miqdarı 4,725 milyon ton olub.

Qeyd edək ki, hesabat dövründə BTC kəməri ilə nəql edilən neftin 83,9%-ni və ya 3,72 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,1 faizini və ya 711,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.