16 Avq, 2025 12:26
2025-ci ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 13,2 milyard kubmetr qaz ötürülüb.
Bu barədə FinFly Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 206,1 milyon kubmetr və ya 1,5 faiz azdır.
Ümumilikdə isə bu ilin yanvar-iyul ayları ərzində magistral qaz kəmərləri ilə 23,4 milyard kubmetr qaz nəql edilib.
Qazın nəqlinin 56,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
