
17 Iyn, 2025 17:14
2025-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 9,272 milyard kubmetr qaz ötürülüb.
FinFly Dövlət Statistika Komitəsindən əldə edən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 199,3 milyon kubmetr və ya 2,1 faiz azdır.
Belə ki, 2024-cü ilin yanva-may aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 9,471 milyard kubmetr qaz ötürülmüşdü.
Hesabat dövründə magistral qaz kəmərləri ilə 17,129 milyard kubmetr qaz nəql edilib və 2024-cü ilin yanvar-may aylarına nisbətən 1,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 54,1 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Son xəbərlər
-
17 Iyn, 2025
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli azalıb...
-
17 Iyn, 2025
Azərbaycanın istehlak bazarı böyüyüb...