Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri - FinFly

Tıxaclar yalnız əsəblər və vaxt itkisi deyil, həm də ölkə iqtisadiyyatına ciddi zərər vuran amillərdir. FinFly-ın hesablamalarına görə, Bakı tıxacların Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər 2 milyard manatı keçir.

Belə ki, iş vaxtı itkisi əsas yük amillərindən biridir:

Bakının yollarında hər gün milyonlarla insan saatlarla tıxacda qalır. Orta hesabla 1 milyon aktiv işçi hər gün azı 1 saatını yollarda itirir. Bu isə il ərzində təxminən 365 milyon iş saatı deməkdir.

Orta əmək haqqı 900 manat (və ya təxminən 4,5 manat/saat) olduğunu nəzərə alsaq, tıxac səbəbindən itirilən iş vaxtının iqtisadi dəyəri 1,64 milyard manatı üstələyir.

Bəs yanacaq xərclərinə görə əlavə itki nəqədərdir?

Tıxaclarda mühərrik işlədiyindən, avtomobillər gündə orta hesabla 1,5 litr əlavə benzin sərf edir:

- Avtomobil parkının böyük hissəsi Aİ-92 markalı benzinlə (1,1 manat/litr) işləyir. Bu seqmentdə illik əlavə xərc 206 milyon manat təşkil edir.

- Maksimum 20 faiz Aİ-95 markalı benzindən (1,6 manat/litr) istifadə edən avtomobilləri nəzərə alsaq ki, burada da illik əlavə itki 60 milyon manat təşkil edir.

Ümumi yanacaq itkisi: 266 milyon manat.

Bəs başqa hansı maliyyə və qeyri-maliyyə itkilər var?

Tıxacların zərəri yalnız yanacaq və vaxtla məhdudlaşmır, həmcinin:

- havanın çirklənməsi, sağlamlıq problemlərinin artması, tibb xərclərinin böyüməsi;

- minlərlə sərnişinin vaxt itkisi, iş proseslərinin ləngiməsi.

Bu amillər ümumilikdə ən azı 100–150 milyon manatlıq əlavə iqtisadi yük yaradır.

Bütün faktorları nəzərə aldıqda, Bakı tıxaclarının Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər 2 milyard manatı ötür. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2,5 faizi deməkdir.