Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq - Səudiyyə Ərəbistanı XİN - FinFly

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

FinFly xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir.

"Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah üçün şəraitin yaradılmasına yönəlmiş bütün səylərə dəstəyini təsdiqləyir", - bəyanatda qeyd olunub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq ictimaiyyətin rifahı naminə diplomatik təşəbbüslərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib.