Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bakı və Moskva “Rus evi” ilə bağlı dialoqu davam etdirir - Səfir - FinFly

Azərbaycan və Rusiya Bakıda yerləşən "Rus evi"-nin vəziyyəti ilə bağlı dialoqu davam etdirir.  

FinFly Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyip.

"Dünən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi cənab Xələf Xələfovun işgüzar səfəri başa çatdı, bu məsələ Rusiya tərəfindən gündəmə gətirildi. Biz öz mövqeyimizi bildirdik ki, bu cür təşəbbüslər və layihələr milli qanunvericiliyə və tərəflər arasında artıq imzalanmış sazişlərə tam uyğun şəkildə həyata keçirilməlidir. Qeyd edim ki, belə bir saziş mövcuddur. Buna görə də, təklif var, cavab mövqeyimiz də var. Amma ən önəmlisi – dialoq davam edir. Bu çox vacibdir", – deyə Mustafayev jurnalistlərə bildirib.