Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bakıda 65 yaşlı qadının 80 min manatını mənimsəyən dələduzlar saxlanıldı - FinFly

Bakıda qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə FinFly-a Daxili İşlər Nazirliyindən (DİN) xəbər verilib.

DİN bildirim ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N. Şükürov və 37 yaşlı N. Qasımova saxlanılıblar.

Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V. Allahverdiyev saxlanılıb.

Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E. Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam edir.