
Bakıda sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") ikinci günü öz işinə başlayıb.
FinFly xəbər verir ki, ilk gündə olduğu kimi bu gün də sərgiyə böyük maraq müşahidə olunur.
Artıq səhər saatlarından etibarən yerli və xarici sahibkarlar, fermerlər, müxtəlif şirkət nümayəndələri sərgiyə qatılaraq burada nümayiş etdirilən məhsullarla yaxından tanış olmaq fürsəti əldə ediblər.
Bu gün sərgi üzrə heyvandarlıq, süni intellekt və s. sahələr üzrə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. Forum çərçivəsində müxtəlif panel müzakirələr - "Heyvandarlığın dayanıqlı inkişaf perspektivləri, çağırışlar və innovativ yanaşmalar", "Süni intellektin aqrar sahədə tətbiqi" forumları təşkil olunacaq.
Bunlarla yanaşı, "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) Texniki Məsləhət Komitəsinin (TAC) yeddinci iclası keçiriləcək.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...