Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Bakıda "Formula 1" yarışları üçün neçə tribuna və oturacaqlar olacaq? - FinFly

"Formula 1" üçün nəzərdə tutulan tribunaların 5-i tamamilə satılıb. Tələbatı nəzərə alaraq daha 2 yeni tribuna bu il quraşdırılacaq. Ötən illə müqayisədə toplam 18 min nəfərlik tamaşaçı tribunaları bu il 20 min nəfərə çatdırılıb.

FinFly xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" Azərbaycan Qran-Prisi 2025-in paddok ərazisinə təşkil olunan media-tur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Manafzadə xatırladıb ki, ötən il 77 % tamaşaçı Bakıya xarici ölkələrdən gəlib.

"Turistlərin qalma müddəti 5 gecə təşkil edib. Bu il 20 mindən çox oturacağın quraşdırılması nəzərdə tutulur", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.