Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Bakıda ödənişli xidmətlərin dəyəri artıb - FinFly

2025-ci ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 613,9 milyon manat olub.

FinFly Bakı şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 11,8 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 133,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,7 faizini təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 5 milyard 680,2 milyon manat olub.