
Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
FinFly xəbər verir ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd olunub ki, səhər saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
-
06 Snt, 2025
Hindistan məsuliyyətdən yayınmağa çalışır...
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...