Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Bakının bir sıra yollarında tıxac yaranıb - FinFly

Bakının bir sıra yollarında tıxac yaranıb.

FinFly xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

14. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.