
Bank BTB-də yeni təyinat həyata keçirilib.
FinFly xəbər verir ki, Almaz Əskərova bankın əməliyyat departamentinin direktoru vəzifəsinə təyin olunub.
Məlumata görə, o, bankın bütün hesablaşma əməliyyatlarına və kart xidmətlərinə rəhbərlik edəcək. Almaz Əskərovanın rəhbərliyi altında əməliyyat sahəsində innovativ yanaşmaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması hədəflənir.
Bu təyinat Bank BTB-nin gender bərabərliyinə və qadın liderliyinin təşviqinə verdiyi önəmin bariz nümunəsidir. Qeyd edək ki, Almaz Əskərova bank karyerasına məhz Bank BTB-də başlayıb və bankın ərsəyə gətirdiyi peşəkar kadrlardan birinə çevrilib. O, müştəri xidmətləri departamentinin mütəxəssisi vəzifəsindən Bank kartları şöbəsinin müdiri vəzifəsinədək uğurla irəliləyib. 2025-ci ilin iyun ayından etibarən, Bank BTB-nin 15 illik fəaliyyəti çərçivəsində, departament rəhbəri səviyyəsinə qədər yüksəlib.
Son xəbərlər
-
18 Iyn, 2025
Antiinhisar "Bazarstore"-ni cərimələdi...
-
18 Iyn, 2025
Sabah 34 dərəcə isti olacaq...