Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Banklar müştərilərinin vəsaitlərini daha uğurlu necə qoruya bilərlər? - FinFly

Azərbaycan bankları vətəndaşların vəsaitlərinin təhlükəsizliyini daha da güclü təmin etmək üçün mərkəzləşdirilmiş məlumat və monitorinq sistemi yaratmalıdırlar.

Bu barədə FinFly-a Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, mümkün alət və vasitələrdən istifadə etməklə vətəndaşların məlumatlandırılması və maliyyə savadlılığının artırılması tədbirləri davamlı olaraq həyata keçirilməlidir.

"Vətəndaşlar öz bank kartı məlumatlarını və bununla bağlı SMS-lə aldığı birdəfəlik şifrəni heç kimə açıqlamamalıdırlar. Hər bir bank kartı sahibi bilməlidir ki, bank işçiləri ödəniş kartları ilə bağlı məlumat almaq üçün müştərilərlə əlaqə saxlamırlar. Vətəndaşlar hər hansı dələduzluq faktından şübhələnərsə, dərhal öz bankına məlumat verməlidirlər. Banklar, əgər vətəndaşlar dərhal şübhəli əməliyyat barədə məlumat verərəsə, vəsaitlərinin təhlükəsizliyini təmin etməkdə daha uğurlu ola bilərlər", - deyə, Tamerlan Rüstəmov qeyd etdi.