Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bazar iştirakçıları artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər - Taleh Kazımov - FinFly

Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər, təbii olaraq aralarındakı rəqabəti də diqqətdə saxlayırlar.

FinFly xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın bütün sahələrində inkişafın və yüksək dinamikanın təmin olunduğunu vurğulayıb. Sədr prezidentin rəhbərliyi altında son illərdə bank sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini və potensial təhdidlərə qarşı dayanıqlılığının yüksəldəldildiyini, eləcə də iqtisadi subyektlərin maliyyə resurslarına əlçatanlığının genişləndirildiyini diqqətə çatdırıb.

Taleh Kazımov maliyyə inklüzivliyindən danışarkən bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsində ABA-nın mühüm rola malik olduğunu vurğulayıb. O, Mərkəzi Bank ilə ABA arasında əməkdaşlığın sektorun müasirləşdirilməsinə və innovasiyaların təşviqinin genişləndirilməsinə təkan verdiyini qeyd edib.

Sədr sektorda səmərəli əməkdaşlığın qurulmasının inkişaf baxımından mühüm töhfə olduğunu vurğulayıb: “Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər, təbii olaraq aralarındakı rəqabəti də diqqətdə saxlayırlar. Bu sinerjiyə görə də ABA-nın və bankların rəhbərlərinə öz təşəkkürümü bildirirəm.”

Kazımov maliyyə sektorunun dayanıqlı inkişafı üçün əlverişli mühitin yaradılmasına görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.